Azərbaycanlı oliqarxın qardaşına 18 il həbs tələbi - TƏFƏRRÜAT
28 dekabr 2019 12:35 (UTC +04:00)

Azərbaycanlı oliqarxın qardaşına 18 il həbs tələbi - TƏFƏRRÜAT

Rusiyanın Moskva vilayət məhkəməsində azərbaycanlı oliqarx Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun məhkəməsi başa çatır. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, prokuror Rafiq İsmayılovun 18 il azadlıqdan məhrum edilməsini tələb edib.

 O, biznesmen Vladimir Savikin və “Lyublino motors” şirkətinin sahibi Yuri Brilyovun qətlində, habelə qanunsuz silah gəzdirməkdə ittiham olunur.

 Xatırladaq ki, bu iki qətl 2016-cı il mayın 16-da Moskva ətrafındakı Novorijski şossesində baş verib.

 İstintaq Komitəsinin məlumatına görə, güllələnməyə səbəb Rafiq İsmayılov və Vladimir Savkin arasında maliyyə mübahisəsi olub. Yuri Brilyov isə təsadüfən qurban gedib. İstintaq sübut edib ki, Rafiq İsmayılov görüş yerinə Mehman Kərimov adlı killer və oğlu Raul İsmayılovun “Mercedes”i ilə gəlib.

 Vladimir Savkinlə mayın 16-da Novorijski şossesindəki yanacaqdoldurma məntəqəsində görüş təyin edib. Savkin təsadüfən özü ilə görüşə Yuri Brilyovu da gətirib.

 

 

Vladimir Savkinlə görüşə yalnız Mehman Kərimov gedib və qısa söhbətdən sonra killer özünün “Toyota-Lend Kruzer” avtomobilinə oturaraq vilayət tərəfə hərəkət edib. 40 saniyə sonra onun arxasında həmin Rafiq İsmayılovun olduğu “Mercedes” də hərəkətə başlayıb.

 

Yanacaqdoldurma məntəqəsindən bir neçə kilometr aralıda “Toyota”nın salonunda biznesmenlər güllələnmiş vəziyyətdə tapılıb. Mehman Kərimov onları elə maşınındaca güllələyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29149

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29