Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Şəmkir-Qaracəmirli avtomobil yolunun Düzqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 32 yaşlı Qaracəmirli kənd sakini Əmirxanov Ruslan Alik oğlu idarə etdiyi “VAZ 21015” markalı avtomobillə yolu keçən piyada 6 yaşlı Düzqışlaq kənd sakini Paşayev Rüstəm Zaur oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Rayon polis şöbəsinin və məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, digər təxirəsalınmaz istintaq tədbirləri yerinə yetirilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.