Qəbələ rayonunda dəm qazından zəhərlənmə olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ şəhər sakini, 2005-ci il təvəllüdlü Yusifova Aytəkin Surxay qızı yaşadığı evdə kustar üsulla quraşdırılan qızdırıcının içəri buraxdığı dəm qazından zəhərlənib.
O, təcili olaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.