Cari il 1 fevral tarixinə əsasən, Azərbaycanın bank sektorunda problemli kreditlərin 85%-i və ya 1 060,6 mln, manatı Bakı şəhərində cəmləşib.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu il fevralın 1-nə bank sektorunun cəmi kredit qoyuluşu 15 116,4 mln. manat təşkil edib ki, bunun da 1 246,6 mln. manatını vaxtı keçmiş kreditlər əhatə edib.
Vaxtı keçmiş kreditlərin regionlar üzrə bölgüsünə gəlincə, ilk üçlükdə Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonları yer alıb.
Bank sektorunun regionlar üzrə kredit qoyuluşunda vaxtı keçmiş kreditlərin həcmi:
№ |
Regionlar |
Vaxtı keçmiş kreditlər, mln. AZN |
1 |
Abşeron iqtisadi rayonu
|
44.0
|
2 |
Aran iqtisadi rayonu
|
43.1
|
3 |
Gəncə-Qazax iqtisadi rayonu
|
43.0
|
4 |
Lənkəran iqtisadi rayonu
|
22.0
|
5 |
Şəki-Zaqatala iqtisadi rayonu
|
12.2
|
6 |
Quba-Xaçmaz iqtisadi rayonu
|
9.0
|
7 |
Naxçıvan iqtisadi rayonu |
5.7
|
8 |
Dağlıq Şirvan iqtisadi rayonu
|
5.0
|
9 |
Yuxarı Qarabağ iqtisadi rayonu
|
1.9
|