Zaqatalada bir-neçə gün əvvəl xəsarətlə xəstəxanaya daxil olan şəxsin bıçaqlandığı məlum olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 37 yaşlı Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-i qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.
Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 47 yaşlı Nadilə Marif qızı Orucovanın bıçaqladığı üzə çıxıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.