Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.