Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - ÜST
24 fevral 2020 13:30 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - ÜST

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sosial şəbəkələrdə koronavirusla bağlı yayılan saxta xəbərlərə etibar etməməyi, məlumatı yalnız Azərbaycandakı rəsmi qurumlardan və ÜST-nin sosial şəbəkələrdəki səhifələrindən əldə etməyi  tövsiyə edir".

APA xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

Qeyd olunub ki,  yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir.

Məlumata əsasən, hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb: "Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq".

Qurum hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görməyi vacib hesab edir: 

Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;

Əlləri tez-tez yumaq, xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra;

Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər bu qaydalara riayət etməlidir:

Öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamaq;

ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, səfər ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, həmin şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.

# 1125
avatar

Oxşar yazılar

Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı

Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı

1 mart 2024 , 14:27
Narkoloji Mərkəzin baş direktoru və müavini HƏBS OLUNDU

Narkoloji Mərkəzin baş direktoru və müavini HƏBS OLUNDU

1 mart 2024 , 14:07
Azərbaycanlı polkovnik  Ukraynada öldü

Azərbaycanlı polkovnik Ukraynada öldü

1 mart 2024 , 14:05
Kənd sakini Yuxarı Şirvan kanalında batdı

Kənd sakini Yuxarı Şirvan kanalında batdı

1 mart 2024 , 13:49
Avtobusda   məktəbli qız zorlandı

Avtobusda məktəbli qız zorlandı

1 mart 2024 , 13:42
Məktəbdə araq içib  zəhərləndilər

Məktəbdə araq içib zəhərləndilər

1 mart 2024 , 12:57
Bakıda silsilə oğurluqlar edən dəstə tutuldu

Bakıda silsilə oğurluqlar edən dəstə tutuldu

1 mart 2024 , 12:39
Xocalıda daha 5 nəfərin   qalıqları tapıldı

Xocalıda daha 5 nəfərin qalıqları tapıldı

1 mart 2024 , 12:20