Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Yevlax rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirib.
Lent.az-a agentlikdən verilən xəbərə görə, reyd zamanı həmin məntəqələrdə heyvan kəsiminin antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkarlanıb. Bununla əlaqədar olaraq qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərində yol kənarında qurulmuş və qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular ləğv edilib. Qanunsuz kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə göstərişlər verilib.