Azərbaycanda GÖRÜNMƏMİŞ HADİSƏ: döyülüb qarət olundu, maşın vurub...
17 iyun 2020 11:59 (UTC +04:00)

Azərbaycanda GÖRÜNMƏMİŞ HADİSƏ: döyülüb qarət olundu, maşın vurub...

Hacıqabul polisi 5 ay əvvəl törədilən cinayətin üstünü açıb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, 2020-ci il yanvarın 28-də gecə saat 1 radələrində Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində Ağdam rayon sakini, 38 yaşlı Kərimov Adil Şəmil oğlu ayaqyolunda döyülərək üzərində olan 10 min ABŞ dolları götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, A.Kərimov Bakı istiqamətində hərəkətdə olan taksidən düşərək ayaqyoluna gedib. Bu zaman taksidə A.Kərimovla birgə Bakıya gedən digər sərnişin də onun ardınca ayaqyoluna gedib. Həmin sərnişin A.Kərimovu vurub və üzərində olan 10 min dollarını götürərək taksiyə qayıdıb. Daha sonra taksi Bakı istiqamətində hərəkətinə davam edib.

Hadisədən 2 saat sonra Hacıqabul rayonunun Muğan kəndi ərazisində A.Kərimovu Qaradağ sakini, 33 yaşlı Güləliyev Orxan Vəzir oğlunun idarə etdiyi yük avtomobili vuraraq öldürüb. Mərhum A.Kərimovun qardaşı polisə onun üzərində olan pulunun oğurlanması barədə şikayət edib.

Bir müddət əvvəl Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs əvvəllər məhkum olunan Göygöl rayonunda məskunlaşan Kəlbəcər sakini, 27 yaşlı Yusibov Elməddin Abariz oğlu saxlanılıb.

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4414
avatar

Mehman Nəbiyev

Oxşar yazılar