Azərbaycanda DƏHŞƏTLİ qəza: 3 nəfər öldü - YENİLƏNİB
06 mart 2020 14:48 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ qəza: 3 nəfər öldü - YENİLƏNİB

0

Masallıda baş verən qəzada ölənlərin adları məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində Bakı sakinləri - 61 yaşlı Sərinaz Azadxan qızı Şirəliyeva, 27 yaşlı Könül Cəmil qızı Şirəliyeva və 4 yaşlı Nihad Orxan oğlu Şirəliyev hadisə yerində dünyasını dəyişiblər.

 

***

13:05

Masallıda avtomobilin dərəyə aşması nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib.

APA-nın yerli bürosunun xəbərinə görə, ölənlər sürücü, 52 yaşlı Seymur Vidadi oğlu Şirəliyev, 24 yaşlı Rəna Əyyar qızı Mahmudova və 2 yaşlı Nuray Orxan qızı Şirəliyevadır.

***

12:22

Masallıda avtomobil dərəyə aşıb, 3 nəfər ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallının Köhnə Zuvand kəndi ərazisində "Niva" markalı maşın yüksəklikdən dərəyə aşıb. Nəticədə 2 qadın, 1 uşaq ölüb. Avtomobildə olan digər 3 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. 

Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4613

Oxşar yazılar