Azərbaycan ən islahatçı 20 ölkə arasında - Baş Nazirdən açıqlama
09 aprel 2020 11:45 (UTC +04:00)

Azərbaycan ən islahatçı 20 ölkə arasında - Baş Nazirdən açıqlama


“İndiyədək Nazirlər Kabineti ilə Milli Məclisin birgə uzlaşdırılmış fəaliyyəti bütün sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsini şərtləndirib”.

APA-nın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

Ə.Əsədov bildirib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək: “Ölkə başçısı tərəfindən həyata keçirilən struktur və kadr islahatları digər qurumlar kimi, Nazirlər Kabinetinin də fəaliyyətinə stimul verməkdədir. 2019-cu il islahatlar ili kimi yadda qalıb. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycan “Doing Business” hesabatında ən islahatçı 20 ölkə arasında yer alıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112
avatar

Oxşar yazılar