Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Kəlbəcər rayon sakini, 18 yaşlı Səfər Mürsəlov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək etdiyi hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib.
S. Mürsəlov barəsində Göygöl RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.