Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.
Lent.az-ın məlumatına görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları keçirilən əməliyyat tədbirləri zamanı marşrut avtobusundan soyğunçuluq edən əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Tovuz rayon sakini 35 yaşlı S.Əhmədovu saxlayıb.
Onun fevralın 17-də, saat 20 radələrində Xətai rayonu, Mingəçevir küçəsində hərəkətdə olan 22 saylı marşrut avtobusundan ayrı-ayrılıqda 50 və 25 manat pulu soyğunçuluq yolu ilə taladığı bildirilir.