ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verdi
03 mart 2020 08:32 (UTC +04:00)

ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verdi

 

 

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda Xocalı qətliamı və bu dəhşətli faciənin qurbanları yad edilir. 

 

28 il əvvəl 1992-ci ilin fevral ayında Xocalının günahsız əhalisinə qarşı vəhşicəsinə törədilmiş qırğının insanları sarsıtmaqda davam etdiyi bildirilir.

Cənubi Qafqazda törədilmiş ən böyük qəddarlıqlardan biri kimi xarakterizə olunan Xocalı qətliamı üzrə ədalətin təmin olunmadığı və 150 mülki əhalinin hələ də aqibətinin bəlli olmadığı diqqətə çatdırılır. 

Beynəlxalq ictimaiyyəti insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən Konqres üzvü, Xocalıda baş verənləri yadda saxlamağın və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır. 

Konqres üzvünün bəyanatı ilə bu internet səhifəsində tanış ola bilərsiniz:

https://www.congress.gov/116/crec/2020/02/27/modified/CREC-2020-02-27-pt1-PgE224.htm 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638
avatar

Oxşar yazılar