8 yaşlı qız  məktub yazıb intihar etdi
19 avqust 2023 17:24 (UTC +04:00)

8 yaşlı qız məktub yazıb intihar etdi

Sankt-Peterburqun Vıborqski rayonunda səkkiz yaşlı qız intihar edib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Parqolovo kəndində, Memar Belov küçəsində baş verib. Uşağın meyiti hündürmərtəbəli binanın yaxınlığında tapılıb. Məlum olub ki, azyaşlı intihar etməzdən əvvəl mənzildə məktub yazıb. Həmin məktubda, "Mən artıq cənnətdəyəm" və "bye bye" (sağ olun) ifadələri yer alıb.

Qızın atası müdir, anası tibb işçisidir. Faciədən əvvəl nənə ailəni ziyarətə gəlib. Qız və kiçik bacısı mətbəxdə yatılı olublar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Oxşar yazılar