75 milyon ziyan ödətdirilib - BAŞ PROKUROR
27 yanvar 2025 09:46 (UTC +04:00)

75 milyon ziyan ödətdirilib - BAŞ PROKUROR

Prokurorluq orqanları tərəfindən 75,3 milyon manatdan artıq məbləğdə ziyan ödətdirilib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub

Lent.az xəbər verir ki, bu barədə yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar