7 min manatlıq ağac kəsən şirkət cəzalandırıldı
01 iyun 2021 11:03 (UTC +04:00)

7 min manatlıq ağac kəsən şirkət cəzalandırıldı

0

Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları yerində araşdırıb və fakt təsdiqini tapıb.

Ekologiyavə Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətin palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanan sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1558

Oxşar yazılar