Bakıda yaşlı kişi itkin düşüb.
Lent.az-ın məlumatına görə, Bülbülə qəsəbəsində yaşayan 65 yaşlı Nəzərov Firuz Tapdıq oğlu martın 10-da, saat 13 radələrində evdən çıxıb bir daha geri qayıtmayıb.
Bu barədə onun qardaşı oğlu, Nəzərov Emil Elman oğlu Suraxanı Rayon Polis İdarəsinin 31 –ci Polis Bölməsinə ərizə ilə müraciət edib. O, əmisinin ruhi xəstə və tüfeyli olduğunu da qeyd edib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.