Mingəçevirdə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Nizami küçəsi 21-də baş verib. 52 yaşlı Əliyev Əli Eyyub oğlu gecə saatlarında mənzilin hamam otağında özünü asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən özünü öldürməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Əli Əliyev