Bakıda 48 yaşlı kişi itkin düşüb.
Lent.az-ın məlumatına görə, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində yaşayan 48 yaşlı Hüseynov Şahin Həmid oğlu fevralın 27-də, səhər saat 9 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə onun həyat yoldaşı Qədirova Rəxşəndə Akif qızı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Digər itkin düşmə hadisəsi Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbənin Ş.Əsgərov küçəsində yaşayan 18 yaşlı Şahmarov Elçin Nazim oğlu martın 1-də, axşam saat 10 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Bu barədə onun atası Şahmarov Nazim Şirinəli oğlu Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə əriazə ilə müraciət edib.
Hər iki faktla bağlı göstərilən polis orqanlarında araşdırma aparılır.