Salyan rayonunda 4 yaşlı uşağı əqrəb sancıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 2019-cu il təvəllüdlü Qəribli Mələk Taleh qızı əqrəb sancması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Doğmalarının dediyinə görə, uşaq həyətdə oynayarkən əqrəb onun barmağından sancıb.
Faktla bağlı araşdırma aparılır.