Rusiyada 4-cü sinif şagirdi məktəbə bıçaqla gəlib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Moskva vilayətinin Şerbinka şəhərində baş verib. Məlumata görə, oğlan sinif yoldaşlarını həmin bıçaqla hədələyib.
Bildirilir ki, 4-cü sinif şagirdi 2117 saylı məktəbə bıçaqla gələrək onu sinifdə çıxarıb və digər uşaqların gözü qarşısında yelləməyə başlayıb. Hadisə şahidləri baş verənləri mobil telefon kamerasına çəkiblər, bundan sonra video məktəblilərin valideynlərinə çatıb. Onlar kollektiv şikayət yazıb vəziyyətlə tanış olmağı xahiş etsələr də, təhsil müəssisəsinin rəhbərliyi məktəbə bıçaq gətirilməsini təkzib edir. Valideynlər hesab edirlər ki, oğlan mütəmadi olaraq dərsləri pozur və sinif yoldaşlarına hücum edir.
Dördüncü sinif şagirdinin ailəsi və məktəb rəhbərliyi isə valideynlərin uşağa sataşdığını düşünür.