Ukraynanın Odessa vilayətinin polisi dörd azərbaycanlının ölümündə günahkar bilinən əsgər barəsində istintaq işini başa çatdırıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, artıq iş məhkəməyə göndərilib.
Xatırladaq ki, hadisə bu ilin fevralın 26-dan 27-ə keçən gecə Rozdilnianski rayonunun Kuçurqani kəndində baş verib.
Belə ki, postda dayanan ukraynalı əsgər azərbaycanlıların olduğu avtomobili atəşə tutub. Nəticədə, 3 nəfər yerindəcə, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.