36 yaşlı kişi dərəyə düşüb ÖLDÜ
06 iyul 2021 09:18 (UTC +04:00)

36 yaşlı kişi dərəyə düşüb ÖLDÜ

Daşkəsənin Zəylik kəndi yaxınlığında 1 nəfər dərəyə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 36 yaşlı Ağayev Elnur Abdulla oğlu çətin keçilən qayalıq ərazidə ehtiyatsızlıqdan təqribən 200-220 m hündürlükdən dərəyə düşüb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Elnur Ağayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404
avatar

Mehman Nəbiyev

Oxşar yazılar