Xaçmazda 3 nəfər gənc xanım itkin düşüb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Kamilə Kərimova dekabr ayının 5-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb.
K.Kərimovanın boyu 149 santimetrdir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qırmızı rəngli gödəkçə, göy cins şalvar və qəhvəyi rəngdə idman ayaqqabısı olub.
Bundan başqa rayon sakini, 2004-cü il təvəllüdlü Hürpəri Seyidova noyabr ayının 27-də yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıb. H.Seyidovanın boyu 165 santimetr, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qəhvəyi rəngdə don və ayağında qara rəngdə çəkmə olub.
Həmçinin, rayon sakini 1994-cü il təvəllüdlü Rüfanə Çələbiyeva da noyabr ayının 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. R.Çələbiyevanın boyu 156 santimetr, arıq bədən quruluşludur. Evdən gedərkən onun əynində qara köynək, qara şalvar olub.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan, görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.