270 nəfər toya BURAXILMADI
16 oktyabr 2021 12:38 (UTC +04:00)

270 nəfər toya BURAXILMADI

Oktyabrın 15-də Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 83 toy şənliyinin monitorinqini keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, monitorinq 71 şadlıq sarayı və 12 həyətyanı sahədə keçirilən toy məclislərində baş tutub.

Nəticədə toy şənliklərində karantin rejimi qaydalarını pozduqları üçün 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunub.

270 nəfər COVID-19 pasportu olmadığı üçün toy şənliklərinə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Mehman Nəbiyev

Oxşar yazılar