Nigeriyanın ticarət mərkəzi sayılan Laqos şəhərində 21 mərtəbəli bina çöküb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, inşaatı davam edən binanın dağıntıları altında tikinti şirkətinin sahibi olmaqla, 100 nəfərin də olduğu bildirilib. 10 nəfərin cəsədi isə artıq çıxarılıb.
Hazırda axtarış-xilasetmə işləri davam edir.