Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Azadlıq prospekti 4 ünvanında qeydə alınıb.
Belə ki, mənzil 6 ünvanında yaşayan Əzizov Faiq Tahir oğlu qardaşı Xaliqlə mübahisə edib. Xaliq Əzizov APA-ya bildirib ki, qardaşı ata mülkünü yandıraraq ərazidən uzaqlaşıb. Mübahisəyə səbəb kimi qardaşının ondan pul istəməsi olub. Hadisə vaxtı isə Xaliq Əzizov anası ilə birgə özünün yaşadığı mənzilində olub.
Yanğına görə əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun qarşısı alınıb. Otaqlardan biri tamamilə yanıb. Digər hissələr isə alovdan mühafizə edilib.
Ərazidə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları işləyir. Hadisənin təffərrüatları araşdırılır.