Lənkəranda yeniyetmə qız Xəzər dənizində boğulub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Sütəmurdov kəndində qeydə alınıb.
Aysu Rafiq qızı Qəhrəmanzadə avqustun 8-də xalası qızı Zeynəb Ramil qızı Əliyeva ilə birlikdə Xəzər dənizinin Sütəmurdov kəndi ərazisindən keçən hissəsində çimərkən itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri A.Qəhrəmanzadənin meyitini dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.