10 prokuror işdən çıxarılıb, 2-nə cinayət işi açılıb
27 yanvar 2023 11:19 (UTC +04:00)

10 prokuror işdən çıxarılıb, 2-nə cinayət işi açılıb

2022-ci ildə 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq edilib

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.

2022-ci ildə aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 33 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad olunub. Aparılmış xidməti araşdırmalarla aşkar edilmiş faktlar əsasında 2 prokurorluq işçisi barəsində cinayət işi başlanıb.

Bundan başqa, kadr məsələlərinə toxunan Baş prokuror 2022-ci ildə şəffaf prosedurlar əsasında həyata keçirilmiş müsabiqə nəticəsində 83 nəfərin işə qəbul edildiyini, 224 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbirinin tətbiq edildiyini vurğulanıb.

Həmçinin gənc kadrların beynəlxalq sahədə təcrübə qazanmaları məqsədilə ötən il ərzində Avropa Şurasının İnsan hüquqları və qanunun aliliyi Baş Direktoratlığı, Avropa İnsan Hüquqları Məhkəməsi və Beynəlxalq Prokurorlar Assosiasiyasının hər birinə 1 prokurorluq işçisi ezam olunmuş, həmçinin 3 nəfər hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr pilləsi üzrə qiyabi təhsil almaqla 2 nəfər isə həmin təhsil ocağının yay kurslarında iştirak edib.

# 1023
avatar

Oxşar yazılar

1 ay əvvəl itkin düşən kişinin meyiti su kanalından tapıldı

1 ay əvvəl itkin düşən kişinin meyiti su kanalından tapıldı

24 mart 2023 , 16:17
57 yaşlı kişi həyətdə özünü ASDI

57 yaşlı kişi həyətdə özünü ASDI

24 mart 2023 , 15:32
Yuxarı Şirvan kanalından meyit tapıldı

Yuxarı Şirvan kanalından meyit tapıldı

24 mart 2023 , 14:52
Bakıda qadın bayram günü oğurluq etdi

Bakıda qadın bayram günü oğurluq etdi

24 mart 2023 , 13:55
Bərdədə maşın vuran gənc xəstəxanada öldü

Bərdədə maşın vuran gənc xəstəxanada öldü

24 mart 2023 , 13:11
Şəmkirdə 4 ballıq ZƏLZƏLƏ

Şəmkirdə 4 ballıq ZƏLZƏLƏ

24 mart 2023 , 12:58
İkinci qrup əlil  qadın özünü asdı

İkinci qrup əlil qadın özünü asdı

24 mart 2023 , 12:29
Bakıda "Jiquli"lər  qaçırıldı

Bakıda "Jiquli"lər qaçırıldı

24 mart 2023 , 11:50