10 gün əvvəl qəzaya düşən şəxs öldü
04 may 2023 11:42 (UTC +04:00)

10 gün əvvəl qəzaya düşən şəxs öldü

Aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Qəhrəmanov Vaqif İsə oğlu idarə etdiyi "QAZ 2410" markalı avtomobil ilə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Mustafayev Valeh Vahid oğlunun idarə etdiyi "Mersedes Benz" markalı avtomobillə toqquşub. Hadisə nəticədə sürücülər V.Qəhrəmanov və V.Musayev, eyni zamanda "Mersedes Benz" markalı avtomobildə olan sərnişin Məmmədova Validə Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.

V.Qəhrəmanov mayın 3-də xəstəxanada ölüb.

Qeyd edək ki, faktla bağlı 03.05.2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

# 1311
avatar

Arzu Qurbanlı

Oxşar yazılar