Tovuzda ŞOK olay: 13 yaşlı qızla 15 yaşlı oğlan evlənir
07 avqust 2012 18:15 (UTC +04:00)

Tovuzda ŞOK olay: 13 yaşlı qızla 15 yaşlı oğlan evlənir

Sabah Tovuzda 15 yaşlı oğlanla 13 yaşlı qızın toy mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, rayonun D.Q. kənd sakini 15 yaşlı X.M, A.E. kəndindən 13 yaşlı A.S-nı 4 gün əvvəl qaçırıb.

Bundan sonra oğlan evi toy mərasimi keçirmək qərarına gəlib və toy avqustun 8-nə təyin edilib. Yeniyetmələrin sinif yoldaşları, kənd sakinləri sabahkı toya hazırlaşır.

D.Q. kənd sakinlərinin bildirdiyinə görə, X.M orta məktəbin 10, A.S isə 8-ci sinif şagirdidir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yalnız 18 yaşına çatmış şəxslər rəsmi nikah münasibətinə girə bilər. İstisna hallarda bu rəqəm 17-yə endirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1745

Oxşar yazılar