Nabranda kütləvi dava: 3 gəncin qanını tökdülər – YENİLƏNİB – TƏFƏRRÜAT
07 avqust 2012 12:47 (UTC +04:00)

Nabranda kütləvi dava: 3 gəncin qanını tökdülər – YENİLƏNİB – TƏFƏRRÜAT

Avqustun 6-da axşam saatlarında Xaçmaz rayonunda baş vermiş kütləvi dava-dalaşın təfərrüatları məlum olub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Nabran yaxınlığında, Yalama istiqamətindəki dəniz sahili ərazidə 21 yaşlı Xaliq Babayev, 20 yaşlı Ənvər Hüseynov və 23 yaşlı Ramiz Rüstəmov bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan Ə.Hüseynovun vəziyyəti xüsusilə ağırdır. Döş qəfəsindən 7 bıçaq zərbəsi almış 20 yaşlı oğlanın üzərində gecə saatlarında 4 saat müddətində əməliyyat aparılıb. Xaçmaz rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, yaralının vəziyyəti hələ də ağır olaraq qalır. Çoxlu qan itirmiş Ə.Hüseynovun yaxınları da donor kimi əməliyyata cəlb edilib.

Digər yaralı R.Rüstəmov isə daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya gətirilib. Onun vəziyyəti orta-ağırdır.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, hadisəni törətmiş şəxslər “VAZ 2107” markalı avtomobillə aradan çıxıblar. Çox keçmədən həmin avtomobil Xaçmaz rayonu ərazisində tapılıb. Şahidlər bildirib ki, 2 nəfər maşından düşərək meşəlik əraziyə qaçıb. Lakin bütün gecə ərzində meşələrdə axtarış aparılsa da, kimsə yaxalanmayıb. Hazırda hadisəni törətmiş şəxslərin saxlanılması istiqamətində iş aparılır.

Qeyd edək ki, bıçaqlanan gənclər Bakıdan Nabrana istirahət məqsədi ilə gedənlərdir. Dava-dalaşın gənclərin avtomobili idarə edərkən bir-birlərinə “hörmətsizlik” etməsinin səbəb olduğu da bildirilir.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829

Oxşar yazılar