Ermənilər Tərtər sakinlərinin mal-qarasını tələf ediblər
07 avqust 2012 12:31 (UTC +04:00)

Ermənilər Tərtər sakinlərinin mal-qarasını tələf ediblər

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında atəşkəsin pozulması nəticəsində bir neçə baş mal-qara tələf olub, bir neçə baş iribuynuzlu heyvan yaralanıb. Sahədə çalışan adamları və kənd təsərrüfatı texnikasının da hədəfə alan düşmən kəndi uzun müddət atəş altında saxlayıb. Atəşkəs rejiminin pozulması nəticəsində kənd sakini Elməddin Quliyevə məxsus xırdabuynuzlu heyvanlardan bir neçəsi tələf olub. Başqa kəndlilərə məxsus iki baş iribuynuzlu heyvan çoxlu sayda güllə yarası alıb, bir baş heyvan tələf olub.

Həmin vaxt sahədə çalışan kəndlilər də hədəfə alınsa da, xoşbəxtlikdən zərər çəkən olmayıb.

Kənd sakinləri əkin və otlaq sahələrinin düşmən mövqelərindən aydın göründüyünü, əkin-biçin işlərini gecə görməyə məcbur olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar