Lənkəranda su quyusundan qaz çıxdı: 1 nəfər ölüb
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Həmidov Tərlan Mirzəbaba oğlu İstisu qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə yerləşən yeni qazılan su quyusuna düşüb.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, T.Həmidov ev yiyəsi tərəfindən quyudan çıxarılıb. Həmin vaxt hər iki şəxs bayğın vəziyyətdə olduğundan xilasedicilər onlara ilkin tibbi yardım göstərilib. Lakin Tərlan Həmidovun həyatını xilas etmək mümkün olmayıb. Onun quyudan çıxan qazın təsirindən öldüyü ehtimal edilir. Ev yiyəsi hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

532