Anar Məmmədov haqqında səhv məlumat yazan KİV-lər ondan üzr istəyiblər
06 avqust 2012 14:51 (UTC +04:00)

Anar Məmmədov haqqında səhv məlumat yazan KİV-lər ondan üzr istəyiblər

APA-nın məlumatına görə, 2012-ci ilin avqustun 2-də Yasamal rayon məhkəməsində günorta saatlarına təyin edilmiş prosesdə «Olaylar» İnformasiya Agentliyi iddiaçının tələbini icra edərək «Təkzib» başlığı altında Anar Məmmədovdan üzr istənilməsi barədə yazının dərc olunduğu «Olaylar» qəzetinin 21-30 iyul nömrəsini təqdim edib.

Bundan başqa, «Bizim Yol» qəzeti tələbə əsasən iyunun 19-da «Təkzib» başlığı altında üzr istəyərək müvafiq məlumat dərc edib.

Qeyd edək ki, «Olaylar» İnformasiya Agentliyi və «Bizim Yol» qəzeti «Yevlax Avtovağzal» ASC ilə bağlı yazdıqları yanlış yazılarına görə üzr istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521

Oxşar yazılar