Gənc oğlan atasının xalasını öldürüb
Goranboy rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şadlı kənd sakini, 1938-ci il təvəllüdlü Əliyeva Gülarə Müseyib qızının yaxın qohumu 1986-cı il təvəllüdlü Əliyev Amid Mahir oğlu tərəfindən qətlə yetirilməsi müəyyən edilib.
26 yaşlı oğlan həbs edilib. A.Əliyev atasının doğma xalası olan G.Əliyevi qətlə yetirdiyini etiraf edib.
A.Əliyev ilkin ifadəsində bildirib ki, həmkəndlisi, həm də qohumu olan qadını şəxsi ədavət nəticəsində, qisas zəminində öldürüb. Lakin hüquq-mühafizə orqanları hadisədən sonra evin alt-üst edilməsini, qadının üst-başının, evdəki gizlin yerlərin axtarıldığını müəyyən edib. Bu səbəbdən də faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə başlanılıb.
Qeyd edək ki, 26 yaşlı A.Əliyevlə onun yaxın qohumu 76 yaşlı G.Əliyeva arasında münasibətlər əvvəldən pozulub. Çox vaxt sərxoş olan, ailədə söz-söhbət salan Amiddən atasının xalası bir neçə dəfə polisə şikayət də edibmiş. Araşdırmalar davam etdirilir.
Nizam RZA

625