Azərbaycanda qan donduran cinayət - ŞOK TƏFƏRRÜATLAR
06 avqust 2012 11:25 (UTC +04:00)

Azərbaycanda qan donduran cinayət - ŞOK TƏFƏRRÜATLAR

Sabirabadda bir il 7 ay əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb. Lent.az-ın məlumatına görə, Sabirabad rayonunun Suqovuşan kənd sakini 1971-ci il təvəllüdlü Aybəniz Ələkbərova həbs edilib.

2011-ci ilin yanvarında baş vermiş bu dəhşətli cinayətin təfərrüatları əsl trilleri xatırladır. Hadisə ötən ilin yanvarın 6-da baş verib. Aybəniz Ələkbərovanın əri Zeynal Ələkbərov uzun müddət imiş ki, Qazaxıstanda xırda ticarətlə məşğul olurmuş. Ötən ilin yanvarında ailəsinə baş çəkmək üçün Azərbaycana gələn Zeynal elə həmin gün həyat yoldaşı tərəfindən balta ilə qətlə yetirilir. Ərini öldürdükdən sonra A. Ələkbərova meyiti sellofana büküb, evin zirzəmisində basdırır.

Hadisədən üç ay sonra Zeynal Ələkbərovun kiçik qardaşı Əlbaxış Ələkbərov cavan yaşında qəfil vəfat edir. Aybəniz Ələkbərova da qaynının hüzn mərasimində iştirak edir. Qohumların Zeynalın yasa nə vaxt gələcəyi barədə suala isə Aybəniz cavab verir ki, əri imkansızlıqdan hüzrdə iştirak edə bilməyəcək.

Mərhumun qırxını verdikdən sonra qohumlar yenidən Zeynalı xəbər alırlar. Aybəniz bildirir ki, bir dəfə zəng edib, qardaşının yasına gəlmədiyi üçün xəcalətlidir, ona görə də, bacı və qardaşlarına zəng etməyə utanır.

Beləcə aylar keçir. Bu ilin aprelində Əlbaxışın il mərasimi ərəfəsində Zeynalın bacısı Səfiyyə Ələkbərova yenidən qardaşını xəbər alır. Aybəniz bildirir ki, zəng etmişdi, ola bilsin heç ilə də gəlməsin. Səfiyyə qardaşının Qazaxıstandakı telefon nömrəsini istəyir. Aybəniz bəhanə ilə nömrəni vermək istəmir. Amma əvəzində Zeynalın adından naməlum nömrədən Səfiyyəyə zəng etdirir. Amma Səfiyyə bu adamın qardaşı olmadığından duyuq düşür. Qohumlara deyir ki, Zeynal barəsində polisə axtarış verdirmək lazımdır. Bu söhbət Aybənizə də çatır. Axtarışın nəticələri bir müddət çəkir və məlum olur ki, Zeynal Ələkbərov ötən ilin yanvarında Azərbaycana gəlib və bir daha tərk etməyib. Bu arada o da məlum olur ki, Aybəniz Ələkbərova Suqovuşandakı evlərini satlığa qoydurub. Bu məqam da qohumlarda şübhə yaradır. Onlar Sabirabad rayon polisinə müraciət edirlər. Aybəniz şübhəli şəxs kimi dindirilərkən etdiyi cinayəti boynuna alır. O, qətlə yetirdiyi ərini harada basdırdığını da polisə bildirir.

Lent.az-ın əldə etdiyi digər məlumat isə dəhşətli hadisənin daha maraqlı məqamlarını üzə çıxarır. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qazaxıstanın Aktau şəhərindən Sabirabada qayıtmış Zeynal evinə çatanda dəhşətli mənzərə ilə qarşılaşıb. O, qardaşı Əlbaxışın həyat yoldaşı Aybənizlə münasibəti olduğunun şahidi olur. Tərəflər arasında dava-dalaş düşür. Aybəniz balta ilə ərinin başına zərbələr endirərək, onu qətlə yetirir.

Hadisədən bir neçə ay sonra Əlbaxış xərçəng xəstəliyindən ölür və Aybəniz evi satlığa qoyaraq Bakıya gəlir. Sabirabad rayon Polis Şöbəsinin əməliyyatçıları isə 41 yaşlı qadınla evi almaq üçün müştəri kimi əlaqə saxlayır. Beləliklə, qadın rayona gətirilir və dərhal saxlanılır.

Sabirabad rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüsal Şəbəndəyev Lent.az-a bildirib ki, Z.Ələkbərov ilkin olaraq itkin düşmüş şəxs kimi qeydiyyatda olub: “Onun bacısı Həşimova Şəfiyyə Ələsgər qızı qardaşının yoxa çıxması ilə bağlı müraciət etmişdi. Əməliyyat məlumatı əsasında müəyyən edildi ki, Z.Ələkbərov öz həyat yoldaşı tərəfindən qətlə yetirilib. Həmin qadın saxlanılıb, həmçinin cinayətin törədilməsində istifadə olunmuş alət - balta götürülüb. Meyit çıxarılıb və ekspertizadan keçirilib. Meyitin üzərində zorakılıq əlamətlərinin olması təsdiqini tapıb”.

Qeyd edək ki, A.Ələkbərova ilkin ifadələrinə ərini bir il əvvəl ölmüş qaynı Əlbaxış ilə birgə qətlə yetirdiyini bildirsə də, sonradan Zeynalı təkcə qətlə yetirdiyini qeyd edib.

Hazırda həbs olunaraq Sabirabad rayon Prokurorluğuna təhvil verilmiş A.Ələkbərovanın dindirilməsi davam etdirilir.

Səbuhi
Nizam
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1585

Oxşar yazılar