Qısqanc qardaş gecə yarısı bacısının qanını tökdü
06 avqust 2012 10:43 (UTC +04:00)

Qısqanc qardaş gecə yarısı bacısının qanını tökdü

Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kazımzadə küçəsində yerləşən istirahət parkında 1994-cü il təvəllüdlü Əhmədov Elnur Hüseyn oğlu qısqanclıq zəminində bacısı 1985-ci ildə anadan olmuş Günayı bıçaqlayıb. 18 yaşlı oğlan bacısına çoxsaylı bıçaq zərbələri endirib. İkinci ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Kazımzadə küçəsində yaşayan E.Əhmədov bacısı G.Sadıqovanın qarın və kürək nahiyəsindən daxilə nüfuz edən, özünə isə qolundan bıçaq xəsarətləri yetirib. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əhmədov yaxalanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar