Ucarda azyaşlını maşın vurdu
Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Ucar rayonunun Müsüslü kəndi ərazidində baş verib.
Belə ki, Bakıya getmək istəyən Ağcabədi rayon sakini maşında halı pisləşdiyi üçün avtomobili yol kənarında saxlayıb. Bu vaxt maşında nəzarətsiz qalmış azyaşlı, 2007-ci il təvəllüdlü Əli Əliquliyev magistrala çıxıb. Qarşıdan gələn KAMAZ markalı maşın azyaşlını vurub.
Uşaq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, uşaq ağır kəllə beyin travması alıb, ona ilkin tibi yardım göstərildikdən sonra Bakıya yola salınıb.
Faktla bağlı araşdırma aparılır.

397