Şəmkiri “bir-birinə vuran” şəxslər... sərbəst buraxılıb
Şəmkir rayonunda əhali arasında təşviş və çaşqınlıq yaratmaqda şübhəli bilinən şəxslər sərbəst buraxılıb. Lent.az-ın məlumatına görə, polis tərəfindən saxlanıldığı bildirilən Təzəkənd kənd sakini 17 yaşlı Arzu Rzayev və 16 yaşlı Dəllər Cəyir kənd sakini Samir Mürşüdov yetkinlik yaşına çatmadıqları nəzərə alınaraq, valideynlərinə təhvil verilib.
Şəmkir rayon Polis Şöbəsinin rəis müavini İmaməddin Namazov Lent.az-a bildirib ki, son bir ayda rayon ərazisində baş vermiş silsilə xarakterli şikayət ərizələri əsasında 5 cinayət işi başlanılıb: “Son hadisələrlə bağlı biz 5 cinayət işi başlamışıq. Cinayət Məcəlləsinin həm 157-ci, (yəni mənzil toxunulmazlığını pozma, ev sahibinin icazəsi olmadan evə soxulma), 221-ci (xuliqanlıq) maddələri ilə işlər başlanılıb və araşdırma aparılır. Hazırda Samir Mürşüdov və Arzu Rzayevin də həmin hadisələrə nə dərəcədə aidiyyatının olub-olmaması araşdırılır”. İ.Namazov həmçinin bildirib ki, yeniyetmələr izahatları alındıqdan sonra buraxılıb.
Şəmkir rayonunun hüquq-mühafizə orqanlarından Lent.az-a verilən digər məlumatda bildirilir ki, avqustun 2-də polis şöbəsinə gətirilmiş A.Rzayev və S.Mürşüdovun son bir ayda əhalini təşvişə salan olaylarla birbaşa əlaqəsi yoxdur. Yeniyetmələr, sadəcə, əhali arasında gəzən söz-söhbətlər, vahimə ab-havasının təsiri altında Sabirkənd kəndində bir neçə evə daş atıb. Kənd sakinləri də polisə məlumat verib. Yeniyetmələrin tutulmasında sakinlər də iştirak edib.
Şəmir RPŞ-nin rəis müavini İ.Namazov isə ümumiyyətlə, son bir ayda gəzən söz-söhbətlərin reallığa əsaslanmadığını deyib: “Bəziləri nə gəldi danışır, görünür, insanların rahat yaşamasını istəmirlər”.
Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi iyun ayının 28-dən avqust ayının 1-dək olan müddət ərzində Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olmuş şəxslərin saxlanılması barədə məlumat yayıb.
Nizam RZA

Oxşar yazılar

Laçında yük maşını dərəyə aşdı-FOTO
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17