Azərbaycanda 5 nəfər bədbəxt hadisənin qurbanı oldu
03 avqust 2012 14:06 (UTC +04:00)

Azərbaycanda 5 nəfər bədbəxt hadisənin qurbanı oldu

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bədbəxt hadisələr nəticəsində ölənlər arasında 2 yaşlı qız da var

Ağdaş rayonunun Korarx kəndində, kənd sakini Müşfiq Əhmədov həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Avqustun 2-də Xaçmaz rayonunda, Bakı şəhər sakini Ələstun Tağıyev və Siyəzən şəhər sakini Araz Əlimov dənizdə çimərkən suda boğulub.

Avqustun 2-də Şəmkir rayon sakini 2 yaşlı Günay Quliyeva oynayarkən dəmir parçasının üstünə düşməsi nəticəsində ölüb.

Bakı şəhərinin Nizami rayonunda yaşayan Marina Sarayeva isə öz mənzilində spirtli içkidən zəhərlənərək keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar