Adı qalmaqalda hallanan icra başçısı: “Onlar məsuliyyətdən yaxa qurtarmaq istəyir”
02 avqust 2012 14:54 (UTC +04:00)

Adı qalmaqalda hallanan icra başçısı: “Onlar məsuliyyətdən yaxa qurtarmaq istəyir”

Avqustun 1-də Ağcabədi rayonunda baş vermiş dava-dalaş hadisəsi zamanı rayonun icra hakimiyyətinin başçısını əvəz edən Rövən Əhmədovun adam bıçaqladığı bildirilir. “Yeni Müsavat” qəzetinin məlumatına görə, R.Əhmədov və onun qardaşı Əliş Əhmədov “qızılsatan Fiqurə” kimi tanının şəxsin Ramiz adlı oğlunu döyüb, onu bıçaqlayıblar.

Ağcabədi rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, hadisə iyulun 26-da baş verib. Şəhər sakinləri Səfərov Ramiz Seymur oğlu və Əhmədov Əliş Nağı oğlu arasında maşını bərk sürmək üstündə narazılıq yaranıb. Narazılıq daha sonra dava-dalaşa çevrilib. Şöbədən verilən məlumata görə, Ə.Əhmədov hadisədən dərhal sonra, yəni iyulun 26-da polis idarəsinə gələrək R.Səfərov tərəfindən döyüldüyünü bildirib. İyulun 27-də isə qarşı tərəf şikayət ərizəsi ilə müraciət edib. Məsələ ilə əlaqədar müvafiq ekspertizalar təyin olunub və iş Təhqiqat bölməsinə verilib. Təhqiqat hər iki şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almasını təsdiqləyib. Buna görə də Cinayət Məcəlləsinin 132 (döymə) maddəsi ilə işin başlanılması üçün RPŞ Prokurorluğa müraciət edib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Rövşən Əhmədov Lent.az-a açıqlamasında qardaşının dava-dalaşda iştirak etməsini təsdiqləyib. R.Əhmədov özünün davada iştirak etməsi və kimisə bıçaqlaması iddiasını təkzib edib: “Qardaşımı döyüblər. Qardaşım da polisə şikayət edib. Buna görə də onlar canlarını qurtarmaq, məsuliyyətdən yayınmaq üçün bu cür addımlar atırlar. Mənim adımı hallandırırlar ki, qardaşım geri çəkilsin”.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017

Oxşar yazılar