Dərbənddə partlayış: 3 polis yaralandı, bir neçə avtomaşın sıradan çıxdı
02 avqust 2012 11:03 (UTC +04:00)

Dərbənddə partlayış: 3 polis yaralandı, bir neçə avtomaşın sıradan çıxdı

0
Lent.az-ın Dağıstan KİV-nə istinadən verdiyi məlumata görə, bombanın gücü həddən artıq böyük olub.

Partlayış səsi şəhərin hər yerindən eşidilib. Şəhərin mərkəzində baş vermiş partlayış nəticəsində “Ural” maşını, polis avtomobili, habelə hadisə yerinin yaxınlığından keçən sərnişin avtobusu sıradan çıxıb. Xoşbəxtlikdən avtobusda sərnişin olmayıb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Bu arada Dağıstanın Kizilyurt şəhərində yaşadığı həyətdə polis leytenantı qətlə yetirilib. Cinayətkarlar hadisə yerindən qaça biliblər.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 786

Oxşar yazılar