Bakıda sürücü yol polisi zabitini döydü
02 avqust 2012 10:47 (UTC +04:00)

Bakıda sürücü yol polisi zabitini döydü

0
Lent.az-ın məlumatına görə, rayon ərazisində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin leytenantı, 1981-ci il təvəllüdlü Murad Ağamalıyev yol-hərəkət qaydasını kobud şəkildə pozmuş Naxçıvan Muxtar Respublikası, Babək rayon Cəhri kənd sakini 1981-ci il təvəllüdlü Sərvər Niftəliyevin idarə etdiyi “Mercedes”i saxlayıb.

Bu zaman sürücü ilə yol polisi zabiti arasında insident yaşanıb. 31 yaşlı sürücü yol polisini döyərək ona müxtəlif dərəcəli bədənə xəsarətləri yetirib.

Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almış yol polisi xəstəxanaya yerləşdirilib. S.Niftəliyev isə saxlanılıb.

Fakt üzrə müvafiq qurumlarda araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1061

Oxşar yazılar