Niyazi Mehdi 35 il sonra tapdığı oğlu ilə görüşüb-FOTO
Filosof Niyazi Mehdi, həyat yoldaşı Dilarə xanım və onun 35 il sonra Almaniyadan görüşünə gəlmiş oğlu Ştefan birgə şam edirlər. Ştefan sarışın, utancaq, eynəkli bir oğlandır. Kameranın ona tuşlanmasından narahatdır. Danışmağa da həvəssizdir. Cavabları yığcam və qurudur. Elə bil, 35 il sonra atasına qovuşan bu oğlan deyil. Almaniyadan durub gəlib ki, atasını, qardaşlarını, əmilərini görsün, ata yurdu ilə tanış olsun. Amma təəssüratlarını bölüşməyə sanki xəsislik edir. Bu nədir həmvətənlərinə xas soyuqqanlılıq? Bəs filosof və müxalifətçi atası Niyazi Mehdiyə niyə bənzəmir bu oğlan?
Ondan soruşuruq ki, 35 yaşlı, üstəlik də öz işi-gücü, çevrəsi olan bir oğlana ata lazımdırmı?
- Hər bir insan atasının kimliyini öyrənməyə ehtiyac duyur.
Söhbəti atası Niyazi Mehdi davam etdirir:
- İnsanın ehtiyacı var ki, kökünü, dərinlikləri hiss etsin.
«ONLAR MƏNİM AİLƏMDİR»
Ştefan deyir ki, burdakı ailəsini sevib. «Onlar mənim ailəmdir» deyir. O, qardaşları ilə arasında müəyyən oxşarlıqlar olduğunu da deyir. Amma bu haqda danışmaq istəmir.
O ki qaldı, Azərbaycan haqda düşüncələrinə, «Bakı çox maraqlı şəhərdir. Avropa şəhərlərinə bənzəmir. Amma adamları bəyəndim» deyir.
Dediyinə görə, atasına bura sevgilisi ilə qayıtmağa söz verib.
«DİLARƏ. BAĞIŞLA MƏNİ»
Söhbəti Niyazi bəy və xanımı ilə davam etdiririk.
- Niyazi bəy, nə vaxt bildiz ki, oğlunuz var?
- Elə anasının bətnində olanda bilirdim. Dilarə, bağışla məni, amma izah verməliyəm...
1978-ci ildə Moskvada bir alman qızla azərbaycanlı oğlan bir-birinə vurulur və günün birində ana-ata olacaqlarını öyrənirlər. Amma az sonra yollar ayrılır. Niyazı Mehdi:
- Biz bir yerdə oxumuşduq. Uşaq doğulandan sonra dedim ki, mən Almaniyada yaşaya bilmərəm, sən Azərbaycanda. Axırı nikahla qurtarmayacaq bu məsələnin.
«MƏNƏVİ BAXIMDAN YAXŞI SİTUASİYA DEYİLDİ»
Oğlu 3 yaşında olanda, anası atası ilə görüşmək üçün onu Moskvaya gətirir. Amma Niyazi Mehdi deyir ki, pulu olmadığından görüşə gedə bilmir. Təsadüfən həmin vaxt Moskvada olan anası və qardaşı 3 yaşlı Ştefanla görüşür.
- Mən pul tapmamışdım. Bir az incidilər. Sonra da əlaqəmiz kəsildi. Mən ona mehriban məktublar yazırdım, uşağımın anası kimi də. Amma evlənəndən sonra düşündüm ki, bu, ikiüzlülük olar. Mən ona o cür yazım, burda da arvadıma mehriban sözlər deyim. Onun üçün də əlaqəni kəsdim.
- Sevə-sevə ayrıldız?
- Hə, hörmətlə ayrıldıq. Bəlkə də o tərəfdən yox, mən tərəfdən. Əslində baxsan, çətin məsələdir. Mənəvi baxımdan yaxşı situasiya deyildi. Düzdür, mən ona heç nə vəd etməmişdim. Yəni, aldadan adamlardan deyildim. Qardaşım İngiltərədə yaşayırdı, o, əlaqə saxlayırdı. Sonra yazdı ki, cavab vermirlər, deyəsən köçüblər. Fikirləşdim ki, qurtardı getdi. 2000-ci ildə oğlanlarım dedi ki, axı bizim qardaşımız var. Dedim, tapın da... Nəsə bir şey çıxmadı. (Söhbətin bu yerində həyəcanını boğmaq üçün Niyazi Mehdi söhbətdən kənarda qalan Ştefana baxıb ingiliscə «Məni anlaya bilirsən» deyə soruşur. Sonra isə deyir ki, mənim üzümə bax, anlayacaqsan. – Ş.B.)
«MƏN FİKİRLƏŞİRDİM Kİ, GÜNDƏ YAZIŞACAĞIQ»
Niyazi Mehdi özü axtarışlara başlayır. Faydası olmur. Bu dəfə dostunun oğlu köməyə gəlir və nəhayət tapışırlar.
- Oğlan xəbər verdi ki, burdadırlar, anası ilə danışmışam, oğlu ilə danışacaq, razı olsa, e-mail ünvanını verəcək. O cür tapışdıq, başladıq yazışmağa. İntəhası mən fikirləşdim ki, gündə yazışacağıq. Amma məlum oldu ki, Ştefan yazmaq həvəskarı deyil.
Nəhayət ən vacib qərar verilir - görüşmək. 35 yaşlı həkim oğulla görüşmək elə də asan olmur.
- İsveçrədə bir konfrans oldu, yazdım ki, gələ bilərsən. Əvvəlcə maraq göstərdi, sonra gəlmədi. Mən də fikirləşdim ki, daha alınmadı. Sonra Almaniyada olanda həvəs göstərdi ki, nə vaxt gələcəksən? Mən fəxrlə ona sağ ol deyirəm, Almaniyada intensiv işləyirlər, qrafikləri doludur. Amma necəsə oldu, 3 gün vaxt tapdı gəldi. 3 gün bir yerdə olduq. Berlindən Maynsa 400 km yoldur, o boyda yolu gəlmişdi. Keçən il olub bu. Mən onu görəndə çox sevindim.
Ona qədər görməmişdim. Uşaq şəkillərini görmüşdüm. Sonra böyük şəkilini göndərmişdi. Çox maraqlıdır, adamlar qəşəng şəkillərini göndərirlər. Bu mənə elə şəkil göndərmişdi ki, özünə oxşamırdı.
«GƏRGİNLİK O QƏDƏR ÇOX İDİ Kİ...»
Niyazi Mehdi gizlətmir ki, 35 illik məsafəni qət etmək asan olmayıb:
- Müəyyən gərginlik vardı. Nə olsun atayam. Uşaq vaxtı yanımda böyüməyib, əlaqələr olmayıb. Özü də gərgin idi. Gərginlik o qədər çox idi ki, bütün günü siqaret çəkirdi. Danışırdıq. Mənim ingilis dilim də elə deyildi ki, incə şeylər deyə bilim. O da problem yaradırdı. Mən məişət dilini bilmirəm, elmi səviyyədə bilirəm. Ondan sonra gözlədik. Axırı ki gəldi...
- Niyazi bəy, heç özünüzü o oğlanın – Ştefanın qabağında günahkar saydığınız vaxtlar oldumu?
- Yox. Onu deyə bilmərəm. Çünki aldatmamışdım.
Söhbətə Niyazi Mehdinin həyat yoldaşı Dilarə xanım qarışır:
- Mən deyə bilərəm. İllər boyu özünü həmişə pis hiss edib. Biz həmişə düşünmüşük ki, bir az vəziyyət düzəlsin, nəsə kömək edək. Amma həyat elə gətirdi ki, pul atlıydı, biz piyada. Ömrü boyu fikirləşirdi və özünü günahkar bilirdi. Həmişə narahatıydı ki, oğlu böyüyür, kömək edə bilmir.
Ştefandan soruşuruq ki, atasından buna görə incidiyi vaxtlar olubmu? Qısaca «Yox» deyir.
«FİKİRLƏŞDİM Kİ, MƏN BUNU QUCAQLAYIB ÖPSƏM...»
- İki oğlunuz var Bakıda: Orxan, Toğrul. Onlarla bağlı hər şeyi bilirsiz, xəstəlikləri, ambisiyaları, xasiyyətləri, arzuları. Amma Ştefan bağlı kitabdır. Haradan başladız söhbətə?
- Çox çətin söhbətiydi. Çox çətin. Fikirləşdim ki, ay Allah, mən bunu qucaqlayıb öpsəm, süni görünəcək. İndiki ağlım olsa qucaqlayardım... Salamlaşdıq, kafedə oturduq. Orda bizim imiqrantlar vardı, onlar da almanca qırıldada bilirdilər. Bir az köməyi oldu ki, söhbətin yükü mənim üstümə düşmədi. Çünki problem vardı axı... Ştefanla dünən bir xeyli söhbət - Nələri öyrəndiz?
- Məlum oldu ki, onun bu dəqiqə övlad sahibi olmaq arzusu yoxdur. Hərçənd 35 yaşı var. Mən azərbaycanlı kimi dedim ki, bəlkə fikirləşəsən... Sevgilisi var, vətəndaş nikahında yaşayırlar... 3 il sonra müstəqil həkim olacaq. Sonra nə öyrəndim?..
Çox nəzakətli, utancaq, deyəsən, mən də utancaq olmuşam. Amma inanmıram bu, genetik keçsin. Bir az müasir deyil. Müasir mahnıları sevmir. Bakıdakı qədim binalar xoşuna gəldi... Təbiəti çox sevir, dağı çox sevir.
«İNDİ BƏLKƏ NİYAZİYƏ YARAŞDIRMIRLAR»
Dilarə xanımdan soruşuruq ki, ona qədərki məhəbbətin bəhrəsi haqda o nə düşünür?
- Hər kişi şanslı olar ki, kənarda uşağı olsun. İndi bəlkə Niyaziyə yaraşdırmırlar. Nə deyim? İnsandır da. İnsan həyata gəlibsə, layiq olmalıdır məhəbbətə, ataya-anaya. 3 gündə onun atasına elə baxışlarını tuturam ki. Atasız böyüyən uşaq birdən atasını tapa... Özü də atası ilə fəxr edir. İndi 3 oğlum var. Mən bilmirəm ona necə nəvaziş göstərim. Əvvəl çəkinirdi, hər dəfə yanından keçəndə öpürdüm onu, indi mənə mətbəxdə də kömək edir. O da balamın qardaşıdır, necə baxa bilərəm.
Söhbəti qəfil sualla bitir:
- Niyazi bəy, xoşbəxtsiz?
- Özümü xeyli rahat hiss edirəm. Onun adı xoşbəxtlik də ola bilər. Məmnunam ki, gəldi. Çox arzu edirdim ki, gəlsin. Məncə, bura xoşuna gəldi.
Azadlıq Radiosu

1278