Azərbaycanlı hərbi əsirin məktubunu ailəsinə vermədilər
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanan azərbaycanlı hərbi əsirin məktublarını onun ailəsinə verməkdən imtina edib.
Bu barədə APA-ya əsir Firuz Fərəcovun ailəsindən məlumat verilib. Məlumata görə, bu gün BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları əsirin ailə üzvləri ilə görüşüblər. Beynəlxalq qurumun nümayəndələri F. Fərəcovun vəziyyətinin yaxşı olduğunu və əsirdən məktub gətirdiklərini bildirsələr də, həmin məktubu valideynlərinə verməkdən imtina ediblər. Əsirin ailəsi bu barədə aidiyyəti dövlət orqanlarına məlumat verib.
BQXK-nın Azərbaycan nümayəndəliyindən isə APA-ya bildirib ki, komitənin özünün müvafiq iş prinsipləri və əməl etməli olduğu proseduralar var. Məktubun ailəyə çatdırılması ilə bağlı prosedura hələlik başa çatmayıb.
Qeyd edək ki, BQXK-nın nümayəndələri iyulun 31-də erməni əsirliyində olan F. Fərəcovla görüşüblər. Görüş zamanı əsirə ailəsindən bir “Qızıl Xaç” məktubu çatdırılıb, əsirdən isə iki “Qızıl Xaç” məktubu alınıb.
Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

607