Bakının mərkəzində çoxmərtəbəli bina yanır
01 avqust 2012 13:23 (UTC +04:00)

Bakının mərkəzində çoxmərtəbəli bina yanır

Bu gün saat 12:30 radələrində Bakı şəhərinin Binəqədi rayonu ərazisində güclü yanğın başlayıb. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ayna Sultanova parkının yaxınlığında, “Ramin” şadlıq sarayının kənarındakı məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli binada güclü yanğın başlayıb.

Əraziyə xeyli yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın davam edir və alovun ram edilməsi istiqamətində iş aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar