Bakıda iş adamını oğurlayıb, yarım milyon dollar tələb etdilər – EKSKLÜZİV - TƏFƏRRÜAT
İyulun 31-də gecə saatlarında Bakıda cinayətkar qrup tərəfindən girovluqda saxlanılan şəxs azad olunub. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, 1981-ci il təvəllüdlü Hüseynov Samir Firudin oğlu 150 min ABŞ dolları qarşılığında sərbəst buraxılıb. S.Hüseynov dərhal polis idarəsinə gələrək başına gələnləri nəql edib və cinayətkarların yaxalanması üçün müraciət edib.
S.Hüseynov şikayət ərizəsində bildirib ki, təxminən 20 gün əvvəl tanımadığı qız (Ləman) ona zəng etməyə başlayıb. Ailəli olan S.Hüseynov həmin qadından ondan əl çəkməsini istəyib. Lakin onların münasibəti getdikcə istiləşməyə başlayıb. Bir neçə gün əvvəl onlar Novxanıda istirahət mərkəzlərindən birində görüşüblər. Daha sonra Ləman adlı qadın S.Hüseynovu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsindəki mənzilə dəvət edib. 31 yaşlı S.Hüseynov mənzilə daxil olan kimi kimsə küt alətlə onun başından vurub. Daha sonra isə həmin şəxslər S.Hüseynovun gözlərini, əla-ayaqlarını bağlayıb və onu döyüblər. Cinayətkar qrup S.Hüseynovdan azadlığa buraxılması üçün 500 min dollar tələb edib.
Bundan sonra şəxsiyyətləri istintaq tərəfindən araşdırılan şəxslər S.Hüseynovun dostları ilə əlaqə yaradıblar və pul tələb ediblər. Tərəflər 150 min dollara razılaşıblar və iyulun 31-də pul avtomobillə R.Qəmbərov küçəsinə gətirilib. Bu zaman cinayətkar qruplaşmanın üzvləri binadakı mənzildə saxlanılan S.Hüseynovu növbəti dəfə döyüb. Həmçinin ona öz əlini açmasına şərait yaradıb. Eyni zamanda həmin şəxslər pulu gətirən adamdan ərazidən uzaqlaşmasını tələb edib və pulu götürərək qaçıblar.
Qeyd edək ki, girovluqda saxlanılmış S.Hüseynov iş adamıdır.
Sabunçu rayon Polis İdarəsindən faktı Lent.az-a təsdiqləyiblər. İdarədən bildiriblər ki, fakt üzrə cinayət işi başlanılıb. Ləman adlı qadının, həmçinin onunla əlbir olmuş digər şəxslərin yaxalanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Nizam RZA

969