“Jalə” “Yeni Müsavat”ı uddu
31 iyul 2012 19:28 (UTC +04:00)

“Jalə” “Yeni Müsavat”ı uddu

“Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseynlinin APA-ya verdiyi xəbərə görə, hakim Xaliq İmanovun sədrlik etdiyi prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, zavodun iddiası təmin olunub. Belə ki, məhkəmə qəzetin 50 min manat təzminat ödəməsi, həmçinin qəzetdə təkzib verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, zavod qəzetdə “Jalə” şirələri ilə bağlı yazılan yazılarla bağlı məhkəməyə müraciət edib. Zavodun iddiasında qəzetin 1 milyon manat cərimələnməsi və təkzib verilməsi tələb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar